Bank Of Baku

Azərbaycan prezidenti Rusiya Dövlət Duması sədrinin müavinini qəbul edib

Azərbaycan prezidenti Rusiya Dövlət Duması sədrinin müavinini qəbul edib
# 19 iyun 2008 15:37 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Rusiya Dövlət Duması sədrinin müavini Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, dövlət başçıları səviyyəsində keçirilən görüşlərin münasibətlərin daha da inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Tərəflər, həmçinin Azərbaycan və Rusiya Ali Qanunverici orqanları arasında mütəmadi görüşlərin və qarşılıqlı səfərlərin parlamentlərarası əlaqələrin və əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyi vurğulayıb, bu sahədə əlaqələrin daha da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR