Bank Of Baku

YAP sədrinin müavini Fransa Milli Assambleyasının üzvü ilə görüşüb

YAP sədrinin müavini Fransa Milli Assambleyasının üzvü ilə görüşüb
# 19 iyun 2008 16:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov bu gün Fransa Milli Assambleyasının üzvü Terri Mariani ilə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Ə. Əhmədov qarşıdan gələn prezident seçkiləri ərəfəsində ölkədəki siyasi vəziyyət, YAP-ın seçkilərə hazırlığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə hakim partiyanın münasibəti barədə məlumat verib. 2008-ci il prezident seçkilərinin demokratik, şəffaf, qərb standartlarına uyğun keçiriləcəyini vurğulayan Ə. Əhmədov YAP-ın namizədi İlham Əliyevin xalqın böyük əksəriyyəti tərəfindən dəstəklənəcəyinə şübhə olmadığını bildirib. Öz növbəsində, T. Mariani Azərbaycanda seçkiqabağı mühit və ictimai rəylə tanış olduğunu deyib, İlham Əliyevin seçkilərdə qələbə qazanacağına əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR