Bank Of Baku

Azərbaycan prezidenti İordaniya Haşimilər Krallığı parlamenti sədrinin müavinini qəbul edib

Azərbaycan prezidenti İordaniya Haşimilər Krallığı parlamenti sədrinin müavinini qəbul edib
# 19 iyun 2008 16:28 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyunun 19-da İordaniya Haşimilər Krallığı parlamenti sədrinin müavini Tahir əl-Masrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Tahir əl-Masri İordaniya Haşimilər Krallığının ölkələrimiz arasında əlaqələrə böyük önəm verdiyini qeyd edib, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Öz növbəsində, prezident İ. Əliyev Azərbaycanla İordaniya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR