Bank Of Baku

Babək Rayon İcra Hakimiyyətinin sabiq başçısı Naxçıvanın təhsil naziri təyin edilib

Naxçıvan Muxtar Respublikasının yeni təhsil naziri Ovni Muradov

© APA | Naxçıvan Muxtar Respublikasının yeni təhsil naziri Ovni Muradov

# 25 sentyabr 2026 15:28 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının yeni təhsil naziri təyin edilib.

APA-nın Naxçıvan bürosunun məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında bu gün Qərar qəbul edilib.

Qərara əsasən, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR