Paşha Bank
Bank Of Baku

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib - YENİLƏNİB-1

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib - YENİLƏNİB-1
# 03 noyabr 2026 12:00 (UTC +04:00)

Milli Məclis 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib.

APA xəbər verir ki, bəyanatı deputat Hikmət Babaoğlu oxuyub.

Müzakirələrdən sonra bəyanat qəbul edilib.

***

saat 11.54

Milli Məclisdə 8 Noyabr − Zəfər Günü ilə əlaqədar bəyanat müzakirəyə çıxarılıb.

APA xəbər verir ki, bəyanatı deputat Hikmət Babaoğlu oxuyur.

Bəyanatda deyilir:

"2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər xalqımızın, Ordumuzun və dövlətimizin birliyi sayəsində əldə edilib.

Keçilməz hesab edilən müdafiə xətləri yarılıb, işğalçı qüvvələrə ağır zərbələr endirilib. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabrın 8-də Şuşanın işğaldan azad edilməsidir. Azərbaycan tarixi ədaləti, beynəlxalq hüququn norma və prinsiplərini bərpa edib.

Azərbaycan Prezidentinin strateji baxışı, siyasi iradəsi, hərbi, diplomatik və informasiya sahələrində fəaliyyəti milli gücümüzü vahid hədəfə yönəltməyə imkan verib.

Beynəlxalq birlik region dövlətlərinin suveren seçiminə hörmətlə yanaşaraq birbaşa dialoqa dəstək verməlidir. Bu gün azad edilmiş ərazilərdə iqtisadi fəaliyyət və əhalinin rifahı üçün zəruri şərait təmin olunur. Soydaşlarımız ata-baba yurdlarına qovuşurlar".

***

saat 11.02

Milli Məclisin bu gün keçirilən iclasında 8 Noyabr - Zəfər Günü ilə əlaqədar parlamentin bəyanatı qəbul ediləcək.

APA xəbər verir ki, bununla bağlı məsələ iclasın gündəliyinə daxil edilib.

Məsələ ilə bağlı parlamentin sədri Sahibə Qafarova məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR