Bank Of Baku

“Diplomatik xidmət haqqında” qanuna əlavə və dəyişiklik edilib

“Diplomatik xidmət haqqında” qanuna əlavə və dəyişiklik edilib
# 31 may 2017 11:59 (UTC +04:00)

Prezidentinin təqdimatı ilə Milli Məclisdə “Diplomatik xidmət haqqında” qanuna əlavə və dəyişiklik təklifləri müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, qanunun 14-cü (Xidməti attestasiya və fəaliyyətin qiymətləndirilməsi) maddəsinə əlavə edilən yeni bəndə əsasən “müvafiq vəzifələrdə azı 1 il çalışan diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin attestasiyası keçirilə bilər. Hər bir diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxsin attestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir”.

 

Maddənin 3-cü bəndi isə dəyişdirilərək belə verilir: “Xidməti attestasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir”. Bəndin hazırda qüvvədə olan variantı belədir: “Xidməti attestasiyanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir”.
 
Layihə səsə qoyulaarq qəbul olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR