Bank Of Baku

“Publik hüquqi şəxslər haqqında" qanuna əlavələr qəbul edilib

“Publik hüquqi şəxslər haqqında" qanuna əlavələr qəbul edilib
# 31 may 2017 13:03 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında “Publik hüquqi şəxslər haqqında" qanuna əlavələr layihəsi müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihəyə əsasən qanuna aşağıdakı məzmunda 3.4-cü və 5.4-cü maddələr əlavə edilir:

 

"3.4. Publik hüquqi şəxs "Dövlət rüsumu haqqında" qanunda nəzərdə tutulmuş xidmətləri göstərdiyi və hüquqi hərəkətləri həyata keçirdiyi halda, buna görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu tutur";

 

Bundan başqa, qanuna aşağıdakı məzmunda 6.4-cü maddə də əlavə edilir:

"6.4. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nizamnaməsində nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar".

 

Qanunun 6.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

 

"Dövlətin adından yaradılan publik hüquqi şəxsin və onun törəmə publik hüquqi şəxsin təsisçisi bu maddənin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı olmadıqda, həmin təsisçi publik hüquqi şəxsin nizamnaməsini hazırlayaraq  təsdiq edilməsi üçün bu maddənin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanına təqdim edir."

 

Layihə səsə qoyularaq qəbul edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR