Bank Of Baku

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi təkrar müzakirəyə çıxarılır

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi təkrar müzakirəyə çıxarılır
# 21 avqust 2017 12:35 (UTC +04:00)

Azərbaycanda ictimaiyyətdə müzakirələrə səbəb olan iki qanun növbəti dəfə yeniliklərlə təkrar müzakirəyə çıxarılır.

 

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli APA-ya bildirib ki, bu , “Turizm haqqında” qanun ikinci oxunuşda və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi üçüncü oxunuşdadır.

 

Hər iki qanun layihəsi payız sessiyasının əvvəlində müzakirəyə çıxarılacaq. Hər iki qanun layihəsinin təkrar müzakirələrində yeniliklər olacaq. Qeyd edək ki, “Turizm haqqında” qanun layihəsində turizm sahəsində bir sıra yeniliklər əksini tapıb. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində isə Azərbaycanda əksər yerlərdə tütün məmulatının (siqaretin) və sulu qəlyanın istifadəsi qadağan edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR