Bank Of Baku

Qarabağ mövzusunda esse müsabiqəsi keçirilib

Qarabağ mövzusunda esse müsabiqəsi keçirilib
# 07 noyabr 2016 13:30 (UTC +04:00)

Azərbaycan Yazıçılar Birliyində (AYB) “Ulduz” jurnalı və AYB.az saytının birgə təşkil etdiyi Qarabağ mövzusunda esse müsabiqəsinin yekunu ilə bağlı tədbir keçirilib.

 

APA-nın məlumatına görə, “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs layihə haqqında məlumat verib, qeyd edib ki, müsabiqəyə 40-dan çox yazı təqdim edilib ki, onlardan 16-sı müsabiqəyə buraxılıb. Qulu Ağsəs esse müsabiqəsinin müxtəlif mövzularda davamlı şəkildə keçiriləcəyini bildirib. 

 

Müsabiqənin eksperti, tənqidçi Əsəd Cahangir təqdim olunan yazıların bədii keyfiyyəti haqqında məlumat verib. O, müsabiqənin qalibi Rəşid Bərgüşadlının “Tikanlı cığırlar” essesinin qalib gəldiyini açıqlayıb və müəllifin mövzuya yanaşmasındakı orijinallığa, mətnin aktuallığına diqqət çəkib.

 

AYB-nin katibi Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza müəlliflərin Qarabağ mövzusuna müraciət etməsinin vacibliyinə diqqət çəkib, layihənin uğurundan danışıblar. Qeyd olunub ki, Qarabağın gəncləri düşündürməsi, mövzuya  müasir baxış müsabiqənin üzə çıxarmalı olduğu məqamlardır. 

 

Sonda müsabiqənin qalibi Rəşid Bərgüşadlı və ekpert Əsəd Cahangirə diplomlar təqdim edilib.

 

Qalib çıxış edərək layihə haqqında fikirlərini bölüşüb, müsabiqə təşkilatçılarına minnətdarlığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR