Bakı. Fuad Cəfərov - APA. Bakıda kişi keçmiş həyat yoldaşını gülləyib. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, yanvarın 28-də Xətai rayonunda, Ağcabədi rayon sakini Kənan Qasımov xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq keçmiş həyat yoldaşı Naziləyə qol nahiyəsindən xəsarət yetirib.
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K. Qasımov tutulub, ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.