Bank Of Baku

Emin Əmrullayev Cəbrayılda vətəndaşları qəbul edəcək

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 27 noyabr 2026 10:49 (UTC +04:00)

Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 14-də Cəbrayıl şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən APA-ya verilən məlumata görə, qəbulda Cəbrayıl, Qubadlı və Zəngilan sakinləri iştirak edə bilərlər.

Bildirilib ki, adları çəkilən şəhər və rayonların sakinləri 7 dekabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər: "Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR