Bank Of Baku

Ağsaqqallar Şurasının üzvləri Heydər Əliyevin məzarını ziyarət edib

Ağsaqqallar Şurasının üzvləri Heydər Əliyevin məzarını ziyarət edib
# 14 iyun 2017 09:27 (UTC +04:00)

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və şuranın üzvləri 15 iyun – Qurtuluş günü münasibətilə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

 

APA-nın xəbərinə görə, Fəttah Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, qurtuluş günü Azərbaycanın müstəqilliyi üçün həlledici gündür. O, Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın müstəqilliyinin məhv olmaqdan xilas olduğunu vurğulayıb: “Azərbaycan məhrumiyyətlərdən qurtuldu, uğurlar qazandı. Ölkədə dövlət strukturları formalaşdı və Azərbaycan dünyada tanındı”.

 

F. Heydərov bildirib ki, Heydər Əliyevin əsasını qoyduğu kursu prezident İlham Əliyev uğurla davam etdirir: “Bu gün bütün dünyada böhran, qarışıqlıq olsa da, Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR