Bank Of Baku

AXCP funksioneri: “Eldar Namazov Milli Şuranın fəaliyyətinə kölgə salmamalıdır”

AXCP funksioneri: “Eldar Namazov Milli Şuranın fəaliyyətinə kölgə salmamalıdır”
# 13 fevral 2014 11:51 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Eldar Namazovun Milli Şuradan istefa verməsi düzgün addım deyildi”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov “El” Hərəkatının sədri Eldar Namazovun Milli Şura və Cəmil Həsənli barədə səsləndirdiyi ittihamlara münasibət bildirərkən deyib.

 

H. Kərimov bildirib ki, E. Namazov Milli Şuranın təsisçilərindən biri kimi Rüstəm İbrahimbəyovun birbaşa səlahiyyətli nümayəndəsi olub və belə bir şəxsin Milli Şura və Cəmil Həsənli əleyhinə açıqlama ilə çıxış etməsi doğru deyil: “Düşünürəm ki, Eldar Namazov bu məsələlərdə götür-qoy etməlidir. Milli Şuranı ittiham etmək əvəzinə, yaxşı olar ki, öz təşkilatının quruculuğu ilə məşğul olsun, Milli Şuranın fəaliyyətinə kölgə salmasın. Onun Milli Şuradan istefa verməsi də düzgün addım deyildi. Bu gün müxalifətin güc mərkəzi Milli Şurada birləşibsə, qarşısına konkret məqsədlər qoyubsa, bu məqamda Milli Şuranı tərk etməkdə ona haqq qazandırmıram”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR