Bank Of Baku

Azərbaycan hərbi vəziyyət ilə bağlı Avropa Şurasına məlumat vermə öhdəliyi götürür

Azərbaycan hərbi vəziyyət ilə bağlı Avropa Şurasına məlumat vermə öhdəliyi götürür
# 14 noyabr 2016 13:57 (UTC +04:00)

Azərbaycan dövləti ölkədə hərbi vəziyyət elan edən zaman bununla bağlı Avropa Şurasına məlumat verməli olacaq. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanunun 25-ci (Hərbi vəziyyətin elan edilməsi haqqında Birləşmiş Millətlər Təşkilatına və Avropa Şurasına məlumat verilməsi) maddəsində əksini tapıb.

 

Maddəyə əsasən hərbi vəziyyət elan edildikdə müvafiq icra hakimiyyəti orqanı “Mülki siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”a və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konevnsiyaya uyğun olaraq 3 gün müddətində Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının baş katiblərini hərbi vəziyyət dövründə insan və vətəndaş hüquqlarının və azadlıqlarının qismən və müvəqqəti məhdudlaşdırılması, bu məhdudiyyətlərin həcmi və belə qərarın səbəbləri haqqında məlumatlandırır.

 

Qanunun hazırda qüvvədə olan variantının 17-ci maddəsində isə bununla bağlı yalnız bu göstərilir: “Azərbaycan Respublikasının Prezidenti hərbi vəziyyət dövründə vətəndaşların hüquq və azadlıqlarının vətəndaş hüquqları və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda nəzərdə tutulan öhdəliklərdən kənara çıxan məhdudiyyətləri, bu məhdudiyyətlərin həcmi və belə qərarın səbəbləri haqqında Birləşmiş Millətlər Təşkilatının Baş katibinə üç gün müddətində məlumat verilməsi üçün tədbirlər görür”.

 

Yeni qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR