Bank Of Baku

Milli Antidopinq Agentliyinə nəzarət edəcək Şura yaradılır

Milli Antidopinq Agentliyinə nəzarət edəcək Şura yaradılır
# 25 oktyabr 2016 11:48 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Antidopinq Agentliyinin fəaliyyətinə nəzarət edəcək Şura yaradılır. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsində əksini tapıb.

Şuranın tərkibi 7 nəfərdən ibarət olacaq. Bunlar sədr, Milli Məclis tərəfindən seçilən 1 üzv, müvafiq icra hakimiyyəti (Gənclər və idman Nazirliyi) tərəfindən seçilən 1 üzv, Milli Olimpiya Komitəsi tərəfindən seçilən 1 üzv, milli idman federasiyaları tərəfindən seçilən 1 üzv, tibb sahəsini təmsil edən 1 üzv və yüksək nailiyyətlər əldə etmiş beynəlxalq səviyyəli idmançı olacaq.

 

Qanun layihəsi Milli Məclisdə plenar iclasa tövsiyə olunub və oktyabrın 28-də müzakirəyə çıxarılacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR