Bank Of Baku

Azərbaycan parlamentinin payız sessiyası sentyabrın 15-də başlayır

Azərbaycan parlamentinin payız sessiyası sentyabrın 15-də başlayır
# 16 avqust 2013 13:21 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisi payız sessiyası öz işinə sentyabrın 15-də başlayacaq.

 

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, parlamentin işinə komitələrin iclası ilə start veriləcək.

 

Sentyabrın 30-da isə Milli Məclisin payız sessiyasının ilk plenar iclası olacaq.

 

A. Təvəkküloğlu onu da qeyd edib ki, parlamentin payız sessiyasında fəaliyyətini işıqlandırmaq üçün akkreditə olmaq istəyən KİV sentyabrın 15-dək akkreditasiya məktublarını Milli Məclisə təqdim etməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR