Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev avqustun 7-də Kürdəmirə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub.
APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, Mərkəzin inşasına ötən ilin iyulunda başlanılıb, bu ilin iyulunda başa çatdırılıb. Ümumi sahəsi 2524 kvadratmetr olan Mərkəzin üçmərtəbəli binasında Heydər Əliyevə aid kitablar və müxtəlif tarixi sənədlər də sərgilənir. Mərkəzin elektron kitabxana, tədris, poeziya otaqları, 300 nəfərlik konfrans zalı, xarici dil kursları da ən müasir səviyyədə tərtib olunub. Burada rəqs, heykəltəraşlıq, xalçaçılıq dərnəkləri, rəsm studiyası, 3D kinozalı, internet kafe və fotostudiya fəaliyyət göstərir.