APA-nın məlumatın görə, iclasda Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən partiya sədri Fuad Ağası oğlu Əliyevin, həmçinin Vətəndaş və İnkişaf Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Əli Nadir oğlu Əliyevin namizədliyinin təsdiq olunması məsələsinə baxılıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, namizədliklərinin təsdiq olunması ilə bağlı adıçəkilən şəxslərin MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.
Sonra MSK açıq səsvermə yolu F. Əliyevin və Ə. Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.
Daha sonra hər iki namizədin səlahiyyətli nümayəndələrinin qeydiyyatı məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.
Qeyd edək ki, 12 prezidentliyə namizəd seçki sənədlərini MSK-ya təqdim edib. Bunlar YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından Partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından sədr Fuad Əliyev, ASDP sədri Araz Əlizadə, BAXCP sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay), Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc, "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucludur.
Namizədliyi irəli sürülən İ. Əliyev, Ə. Oruc, İ. Məmmədov (İlqar Altay), İ. Ağazadə və F. Əliyev və Ə. Əliyevin namizədliyi təsdiq olunub.
MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib.
Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.
Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib.