Bank Of Baku

Azərbaycanda dopinqdən istifadə etmə və ona təhrik etmə ilə bağlı həbs cəzası tətbiq olunur

Azərbaycanda dopinqdən istifadə etmə və ona təhrik etmə ilə bağlı həbs cəzası tətbiq olunur
# 27 iyul 2016 09:44 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycandan dopinq vasitələrindən istifadə edilməsi, satılması və yayılması, o cümlədən yetkinlik yaşına çatmayanları buna təhrik edilməsi ilə bağlı yeni cəzalar müəyyənləşdirilir.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə yeni maddələr əlavə olunur və dəyişikliklər edilir.

Cinayət Məcəlləsinə təklifolunan 143-1.1-ci maddəyə görə, dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə 1 ildən 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Digər əlavəyə görə isə dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılmasına, əldə edilməsinə və ya satılmasına görə 2 ilədək islah işləri və ya 2 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

İnzibati Xətalar Məcəlləsin 225.2-ci maddəsinə təklif edilən dəyişikliyə görə, dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görə fiziki şəxslər 1000 manatdan 2 min manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək məbləğdə, hüquqi şəxslər 5 min manatdan 10 min manatadək məbləğdə cərimələnəcək.

 

Bu sanksiyanın hazırda qüvvədə olan variantı isə belədir: fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 100 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 200 manatdan 300 manatadək məbləğdə cərimə edilir.

 

Məcəllənin 226-cı maddəsinə təklif edilən dəyişikliyə görə isə, bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə, 3 min manatdan 5 min manatadək məbləğdə cərimələnəcək.

 

Bu sanksiyanın hazırkı varinatı isə belədir: 100 manatdan 200 manata qədər cərimə edilir.

 

Layihələr payız sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR