Bank Of Baku

DTX və XKX-ya dövlət qulluğu statusu verilir

DTX və XKX-ya dövlət qulluğu statusu verilir
# 04 oktyabr 2016 13:52 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinə dövlət qulluğu statusu verilir.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik təklif olunur. Qanunun 2-ci (Dövlət qulluğu) maddəsindən “milli təhlükəsizlik” sözləri çıxarılır. Eyni zamanda “dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti” sözləri daxil edilir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub, oktyabrın 14-də müzakirəyə çıxarılacaq.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə 2015-ci dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyi ləğv edilbi, yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR