Azərbaycanda hamilə qadınlar, analar arasında və tibb müəssisələrində süni qida məhsullarının reklamı qadağan edilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanunun 10.6-cı maddəsinin dəyişdirilərək yeni formada verilməsi təklif olunur.
Layihəyə görə, “Süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanması qadağandır”.
Maddənin hazırda qüvvədə olan variantı isə belədir: “Süni qida məhsullarının reklamında ana südünün üstünlüyü mütləq qeyd olunmalıdır”.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 29-da müzakirəyə çıxarılacaq.