Bank Of Baku

Azərbaycanda nəqliyyat vasitələrini idarəetmə hüququnda dəyişikliklər edilib

Azərbaycanda nəqliyyat vasitələrini idarəetmə hüququnda dəyişikliklər edilib
# 14 noyabr 2016 21:41 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 30 sentyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, sərəncama əsasən, qanunun 33-cü maddəsinin (Nəqliyyat vasitələrini idarəetmə hüququ) II hissəsində aşağıdakı dəyişikliklər edilib:

 

1. 4-cü bəndə “19 yaşdan” sözlərindən sonra “(“B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə)” sözləri əlavə edilsin.

 

2. 5-ci bənddən “, “CE” və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini” sözləri çıxarılsın.

 

3. Aşağıdakı məzmunda 5-1-ci və 5-2-ci bəndlər əlavə edilsin:

 

“5-1) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);

 

5-2) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);”.

 

4. 6-cı bənd aşağıdakı redaksiyada verilsin:

 

“6) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);”.

 

5. Səkkizinci abzas ləğv edilsin və doqquzuncu abzas səkkizinci abzas hesab edilsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR