Bank Of Baku

Azərbaycanda referendumla əlaqədar səsvermə başlayıb

Azərbaycanda referendumla əlaqədar səsvermə başlayıb
# 26 sentyabr 2016 06:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi məqsədi ilə keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə başlayıb.

 

APA-nın məlumatına görə, 125 seçki dairəsi üzrə 5 627 seçki məntəqəsində səsvermə  verəcəklər.

 

Seçici siyahılarına əsasən, 5 milyon 260 mindən çox səsvermə hüququ olan şəxs var.

 

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəz saat 10.00, 12.00, 15.00,  17.00 və 19.00-da referendum üzrə səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə məlumatları açıqlayacaq.

 

Bu gün Azərbaycanın xaricdəki 38 diplomatik təmsilçiliyində də səsvermə keçirilir.

 

Azərbaycanın ABŞ, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Kanada, Fransa, Gürcüstan, İran, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğız, Latviya, Litva, Moldova, İsveç, Niderland, Özbəkistan, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə. Ukrayna, Belçika və İtaliyadakı səfirliklərində, Aktau, Dubay, İstanbul, Los-Anceles, Peterburq, Təbriz, Yekaterinburq, Batumi və Alma-Atadakı konsulluqlarında seçki məntəqələri yaradılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR