Bank Of Baku

BŞBPİ: “Müsavat Partiyasının mitinqində 500 nəfərədək üzvü və təəssübkeşi iştirak edib"

BŞBPİ: “Müsavat Partiyasının mitinqində 500 nəfərədək üzvü və təəssübkeşi iştirak edib"
# 18 sentyabr 2016 15:19 (UTC +04:00)

Bakı-APA. Bu gün “Müsavat” partiyasının Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin partiyanın və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 500  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR