Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1941-ci il təvəllüdlü Cəfərov Valeri Ənvəroviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Mənzilin qapısı açılıb və vətəndaşın cəsədi aidiyyəti üzrə təhvil verilib.