Bank Of Baku

BAXCP İdarə Heyətinin iclası keçirilib

BAXCP İdarə Heyətinin iclası keçirilib
# 05 avqust 2013 13:18 (UTC +04:00)

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Güney Azərbaycan türklərinin milli-mədəni hüquqlarını dinc yolla müdafiə etdiklərinə görə, qanunsuz olaraq həbsə olunan Yeni GAMOH təşkilatının liderlərinin vəziyyəti müzakirə olunub.

 

İdarə Heyəti hesab edir ki, milli fəallar dözümün, qətiyyətin və fədakarlığın ən yüksək nümunəsini nümayiş etdirməklə millətimizin qürur yerinə çevriliblər: “Lakin fədakar soydaşlarımızın sağlamlığı bütün Azərbaycan türkləri üçün mühüm əhəmiyyət kəsb edir və xalqımızın onlara böyük ehtiyacı var”. BAXCP İslamın müqəddəs dəyərlərindən öz antihumanist mahiyyətini pərdələmək üçün istifadə etməyə çalışan İran rejimindən Güney Azərbaycan türklərinin hüquq və azadlıqlarına sayğı ilə yanaşmağa, repressiyalara, təzyiq və təqiblərə son qoymağı tələb edib.

 

İdarə Heyətinin müzakirə etdiyi növbəti məsələ isə partiyanın prezident seçkilərinə hazırlığı ilə bağlı olub. İclasda qeyd olunub ki, artıq Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin keçiriləcəyi tarixi elan edib və seçki kampaniyasına start verilib. Bu baxımdan və BAXCP-nin sonuncu qurultayının qərarına uyğun olaraq partiyanın Ali Məclisinin sessiyası çağırılmalı və partiyanın seçkilərdə iştirakı barədə yekun qərar verilməlidir.

 

İclasda BAXCP Ali Məclisinin avqustun 11-də çağırılmasına dair qərar qəbul edilib.

 

Xatırladaq ki, BAXCP-nin sonuncu - III Qurultayında partiyanın sədri Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürülüb.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR