Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Şuranın sədri Cəmil Həsənli “El” Hərəkatının sədri Eldar Namazovla bağlı açıqlamaları səbəbindən bu Hərəkatın Milli Şuradakı üzvlərinin istefa verəcəyinə inanmır.
C. Həsənli APA-ya açıqlamasında bildirib ki, Milli Şura sədri kimi E. Namazovla bağlı açıqlamaları ilə bağlı “El” Hərəkatı üzvlərinin Milli Şuradan istefası tendensiyası gözlənilmir.
Xatırladaq ki, E. Namazov Milli Şuranın təsisçilərindən olan 6 partiyadan dördünün artıq oranı tərk etməsinin və bu gedişatın qurumu xeyli zəiflətdiyi bəyan edib. C. Həsənli isə E. Namazov praqmatik siyasətçi olduğundan Milli Şura ideyasından əldə edə biləcəyi bir şeyləri əldə etməyə çalışdığını vurğulayıb. Onun sözlərinə görə, E. Namazova bir siyasətçi kimi siyasi səhnədə Əli Kərimli və İsa Qəmbərlə bərabərhüquqlu tərəf olmaq zəruri idi, Milli Şuranın adı, Rüstəm İbrahimbəyovun mandatı ilə o, bu istəyinə qısa bir vaxtda yetişdi. O, E. Namazovun qazandığı bu dividentin qalıb-qalmayacağını da zamanın göstərəcəyini qeyd edib.