Bakı. Ramil Məmmədli – APA. Daha bir prezidentliyə namizəd sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, artıq 5 prezidentliyə namizəd MSK-ya müraciət edib. Yeni Azərbaycan Partiyasının (YAP) sədri, prezident İlham Əliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev təmsil olunduqları partiyalar tərəfindən prezidentliyə namizəd irəli sürülüblər.
Bu gün isə öz təşəbbüsü ilə İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay namizədliyini irəli sürüb.