Millət vəkili Novruz Aslanov iyunun 16-da İsmayıllı rayonunun Kəlfərəc, Tağlabiyan, Xankəndi kəndlərində və Basqal qəsəbəsində seçicilərini qəbul edib, onların problemləri ilə yaxından maraqlanıb.
Sakinlər millət vəkili ilə əsasən sosial problemlər, işlə təmin olunmaları, həmçinin kəndin yol və su məsələləri barədə müzakirələr aparıblar.
Qaldırılan məsələlər sırasında şəxsi məişət problemləri də olub.
Həlli vaxt tələb edən məsələlər barədə müvafiq qurumlara müraciətin ediləcəyini bildirən deputat bir neçə məsələnin həlli üçün yerində müvafiq addımlar atıb.