Millət vəkili Novruz Aslanov iyunun 5-də İsmayıllı rayonunun Aşağı Gülyan kəndində seçicilərini qəbul edib, onları maraqlandıran məsələlər barədə müzakirələr aparıb.
Kənd sakinləri millət vəkilinə torpaq islahatı və banklara olan kredit borcları barədə müraciət ediblər. Həmçinin kəndin içindəki yola asfaltın çəkilməsi məsələsinə köməklik göstərilməsini deputatdan xahiş ediblər.
Axşam saatlarında millət vəkili oruc saxlayan rayon sakinləri üçün iftar süfrəsi açıb və özü də orada iştirak edib.