Bank Of Baku

DİA “Politoloqlar Klubu”nun ilk tədbiri keçirilib

DİA “Politoloqlar Klubu”nun ilk tədbiri keçirilib
# 10 noyabr 2016 08:58 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan qloballaşan dünyada” adlı tədbir keçirilib.

 

APA-nın məlumatına görə, tələbələrin təşəbbüsü ilə fəaliyyətə başlayan “Politoloqlar Klubu”nun ilk qonağı olan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Natiq Əliyev və Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov müxtəlif mövzularda gənclərlə fikir mübadiləsi aparıblar. 
 

N. Əliyev bildirib ki, Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət konsepsiyamız bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zənginləşdirilir. 

 

Azərbaycanın daxili və xarici siyasətindən, qonşu ölkələrlə münasibətindən, ölkəmizin beynəlxalq arenada mövqeyindən danışan R. Musabəyov isə hazırda dünya geosiyasi məkanında dövlətimizin əhəmiyyətli rol oynadığını vurğulayıb. 
 

Tədbirin gedişində qonaqlar tələbələrin suallarını cavablandırıblar. Yeni yaranan kluba və tələbələrə uğurlar arzu edən qonaqlar  onlarla görüşdən məmnunluq duyduqlarını bildiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR