Bank Of Baku

Ekspert: "Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması Qarabağ münaqişəsinin həllinə də müsbət təsir göstərə bilər"

Ekspert: "Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması Qarabağ münaqişəsinin həllinə də müsbət təsir göstərə bilər"
# 07 oktyabr 2016 12:28 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. "Rusiya təyyarəsi vurulandan sonra belə Rusiya və Türkiyə arasında diplomatik əlaqələr dayandırılmadı. Məsələn, Türkiyənin Rusiyadakı, Rusiyanın Türkiyədəki səfirləri geri çağırılmadı".

 

APA-nın məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Rəsul Usul Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda müzakirələr zamanı söyləyib. 

 

Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru deyib ki, Rusiyanın Türkiyəyə, Türkiyənin isə Rusiyaya ehtiyacı var: "Rusiya və Türkiyə arasında müəyyən məsələlərlə bağlı fikir ayrılıqları olduğu sirr deyil. Məsələn, Suriya, Ukrayna məsələsində mövqelərimizin fərqli olduğu, anlaşa bilmədiyimiz sirr deyil. Ancaq hər iki ölkənin bir-birinə ehtiyacı var".

 

Ə. Usul bildirib ki, Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir göstərə bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR