Bank Of Baku

Eldar Namazov: “Milli Şuranın seçkilərlə bağlı ehtiyat variantları Rüstəm İbrahimbəyovla görüşdən sonra məlum olacaq”

Eldar Namazov: “Milli Şuranın seçkilərlə bağlı ehtiyat variantları Rüstəm İbrahimbəyovla görüşdən sonra məlum olacaq”
# 29 iyul 2013 09:15 (UTC +04:00)

Bu açıqlamanı APA-ya Milli Şuranın (MŞ) İcra Aparatının rəhbəri Eldar Namazov verib.

 

E. Namazov bildirib ki, Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdışının gecikməsi ilə əlaqədar sabah MŞ-nin bəzi üzvləri Gürcüstana səfər edəcək və R. İbrahimbəyovla görüşəcəklər. Onun sözlərinə görə, görüşdə
Milli Şuranın seçkilərdə iştirakına dair məsələlər müzakirə olunacaq: “Səfərdə Mili Şuranın komissiya sədrləri, aparıcı partiyaların rəhbərləri iştirak edəcəklər. Eyni zamanda Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev də nümayəndə heyətinə daxildir. Bəzi insanlar üzrlü səbəbdən səfərdə iştirak edə bilmir. Ona görə də nümayəndə heyətinin tərkibi təxminən 10-15 nəfərdən ibarət olacaq”.

 

E. Namazov R. İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması prosesinin uzanacağı təqdirdə Milli Şuranın atacağı addımlar, ehtiyat variantının olub-olmayacağı məsələsinə də münasibət bildirib: “Bütün bu məsələləri Rüstəm İbrahimbəyovla müzakirə edəcəyik və yəqin ki, səfərdən sonra bu mövzu barədə danışmaq olar”.

 

Qeyd edək ki, R. İbrahimbəyov Azərbaycana iyulun 31-də qayıdacağını açıqlasa da, Rusiya vətəndaşlığından çıxma prosesinin uzanmasını əsas gətirərək, səfəri təxirə salıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR