Bank Of Baku

Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub

Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub
# 04 may 2017 12:02 (UTC +04:00)

Azərbaycanın Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Kutaisi şəhərinin meri Şota Murquliyanın dəvəti ilə “Kutaisi Günləri” tədbirində iştirak etmək ücün Kutaisi şəhərində səfərdə olub. Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatından APA-ya verilən məlumata görə, nümayəndə heyətində partiya şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev də olub.

Nümayəndə heyətinə eyni zamanda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Gəncə Tibb kollecinin direktoru Mehman Rzayev daxil olub. Səfər çərçivəsində keçirilən görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov da iştirak edib. Şota Murquliya, Gəncə şəhəri ilə Kutaisi şəhəri arasında 1996-ci ildə əsası qoyulmuş dostluq və əməkdaşlıq əlaqələrinin bu gün uğurla davam etdirildiyini bildirib, bu əlaqələrin davamı olaraq dəvəti qəbul edib Kutaisi şəhərinə səfərə gəldiyinə görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısına təşəkkür edib.

Elmar Vəliyev isə bildirib ki, bundan sonra da Azərbaycan-Gürcüstan əlaqələrinin tərkib hissəsi kimi Gəncə-Kutaisi əlaqələrinin davamlı olmasına və digər sahələrdə də inkişaf etdirilməsinə səylərini artıracaqlar: “Hər iki şəhər arasında həyata keçirilən qarşılıqlı səfərlər, Gəncə və Kutaisi şəhərləri arasında əməkdaşlığa dair memorandumun imzalanması öz bəhrəsini verib, ötən dövrdə əlaqələr sürətlə inkişaf edib”. Sonda şəhər rəhbərləri ikitərəfli əlaqələrin inkişaf etdiriləcəyini, gələcək əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini birləşdirəcəklərini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR