Bank Of Baku

Fazil Mustafa: "Rusiyada Azərbaycanla bağlı pozitiv düşünən insanların olması ümumi işimizin ancaq faydasına olardı"

Fazil Mustafa: "Rusiyada Azərbaycanla bağlı pozitiv düşünən insanların olması ümumi işimizin ancaq faydasına olardı"
# 03 may 2017 11:48 (UTC +04:00)

"Rusiyada Azərbaycanla bağlı pozitiv düşünən insanların olması ümumi işimizin ancaq faydasına olardı".

 

Bu fikirləri APA-ya açıqlamasında Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa deyib.

 

Onun sözlərinə görə, bu mənada Beynəlxalq Avrasiya Hərəkatının lideri, rus filosofu Aleksandr Duqinin Bakıda verdiyi açıqlamalar kifayət qədər pozitiv təsir bağışlayır: "Ötən gün onun əvvəllər səsləndirdiyi "Qarabağın qaytarılması istisnadır" kimi bir mövqeyə Azərbaycanın maraqlarından çıxış edərək sərt münasibət bildirmişdik. Ancaq mətbuatdan izlədiyim qədər Bakıdakı açıqlamaları mənə kifayət qədər pozitiv gəlməkdədir. Xüsusilə, 5 rayonun dərhal qaytarılması, digər iki rayonun və Dağlıq Qarabağın da ən azı gələcəkdə qaytarılmasının mümkünlüyü, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü bütün hallarda tanımasının vacibliyi kimi fikirlərin Rusiya ictimai rəyinə təsir göstərən bu şəxs tərəfindən səsləndirilməsi, hər halda, düşüncələrində müsbət dəyişikliklər olduğunu göstərir.

 

Rusiyada Azərbaycanla bağlı pozitiv düşünən insanların olması ümumi işimizin ancaq faydasına olardı. Çünki Qarabağın taleyində istəsək də, istəməsək də, aparıcı sözə bu dövlət sahibdir. Bir çox halda ABŞ-ın, Fransanın təklifləri bizim üçün daha təhlükəlidir. Görün, vəziyyət hara gəlib çıxıb ki, Fransa prezidentliyinə namizədlər açıq mətnlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini vəd olaraq səsləndirirlər. Orada sırf erməni diasporunun mövqeyindən Azərbaycana qarşı siyasət formalaşdırılır. Rusiyanın siyasəti isə özünün böyük dövlət və imperiya maraqlarından formalaşır. Bu səbəbdən Rusiyada Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi üçün bütün vasitələrdən istifadə etməyimiz lazımdır. Söhbət arzuladığımız nəticəni əldə etməkdən getmir, mövcud reallıqları müsbət istiqamətdə dəyişməkdən gedir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR