Bank Of Baku

Fransa şirkəti Azərbaycanda referendum öncəsi sorğu keçirib

Fransa şirkəti Azərbaycanda referendum öncəsi sorğu keçirib
# 16 sentyabr 2016 08:30 (UTC +04:00)

Bakı - APA. Fransanın “Opinon Way” Tədqiqatlar İnstitutu Azərbaycanda referendum öncəsi mühitin qiymətləndirilməsi məqsədilə ölkə əhalisi arasında rəy sorğusu keçirib.

 

APA-nın məlumatına görə, sorğu müddətində Azərbaycanın bütün ərazisini əhatə etməklə kvotalı təsadüfi seçmə metodologiyası əsasında müəyyənləşdirilmiş 1200 respondentlə üzbəüz müsahibə aparılıb.

 

Tədqiqat məqsədləri üçün 3 blokda qruplaşdırılmış 12 sualdan ibarət sorğu anketindən istifadə edilib ki, bu suallar respondentin sosial-demoqrafiq göstəriciləri, ölkədə mövcud siyasi-iqtisadi vəziyyət haqqında baxışları və qarşıdan gələn referenduma çıxarılacaq məsələlərə münasibətini öyrənməyə istiqamətlənib.

 

Tədqiqat müddətində rəyi soruşulanların 82%-i Azərbaycan Respublikasında siyasi sistemin fəaliyyətindən razı olduğunu bildirib, respondentlərin 93%-i hazırda Azərbaycanda həyata keçirilən işlərin düzgün istiqamətdə aparıldığı qənaətindədir.

 

Sorğuda iştirak edənlərin 96%-i prezident kimi İlham Əliyevin öz vəzifəsini uğurla icra etdiyini göstərib.  

 

Respublikada bir sıra problemlərin mövcud olduğu fikrində olan respondentlər ən vacib problemlər kimi Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsini (77%) və iqtisadi durumla bağlı çətinliyi (41%) qeyd ediblər.

 

Rəyi öyrənilən respondentlərin 81%-i sentyabrın 26-da keçiriləcək referendumda iştirak edəcəyini göstərib. Yalnız bütün respondentlərin 5%-i hələ də səsvermə prosesinə qatılmaq barəsində yekun qərar vermədiyini bildirib.

 

Bütün respondentlərin 87%-i Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin  ümumilikdə zəruri olduğunu qeyd edib. Konstitusiyaya təklif edilən bu və ya digər əlavə və dəyişikliklər nəticəsində müvafiq sahələrin inkişafına təsirinə gəlincə, respondentlərin 88%-i bu təsirin müsbət olacağı qənaətindədir.

 

Rəyi öyrənilənlər xüsusən də, təhlükəsizliyin və müdafiənin təmin edilməsi və insan hüquq və azadlıqlarının konstitusion təminatları ilə bağlı təkliflərin bu sahələrdə gələcək inkişafa stimul verəcəyini düşünürlər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR