Bank Of Baku

Göygöldə baş verən avtomobil qəzası nəticəsində 4 nəfər xəsarət alıb

Göygöldə baş verən avtomobil qəzası nəticəsində 4 nəfər xəsarət alıb
# 20 iyul 2016 17:05 (UTC +04:00)

Gəncə. Vüsal Məmmədov – APA. Göygöl rayonunda avtomobil aşıb, 4 nəfər xəsarət alıb.

 

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.  “VAZ 2107” markalı avtomobil 1958-ci il təvəllüdlü Bəsti Tağıyevanı vurub və sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil aşıb. Bu zaman avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alanlar Gəncə Şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

1996-cı il təvəllüdlü Sərxan Qasımovun və B. Tağıyevanın vəziyyəti orta-ağırdır, digər iki nəfərin vəziyyəti normal olduğu üçün evə buraxılıb.

 

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR