Bank Of Baku

Gülağa Aslanlı: “Milli Şurada təmsil olunan Rəsul Quliyevin Müsavat Partiyasını hədəf seçməsini başa düşmürəm”

Gülağa Aslanlı: “Milli Şurada təmsil olunan Rəsul Quliyevin Müsavat Partiyasını hədəf seçməsini başa düşmürəm”
# 27 iyul 2013 11:21 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. “Rəsul Quliyevin Milli Şurada təmsil olunduğu bir vaxtda nəyə görə hədəf olaraq Müsavat Partiyasını seçdiyi anlaşılan deyil. O, bu suala cavab vermir. Bizim hər bir cümləmizi təftiş edib, öz anlamında təqdim etməsi də düzgün deyil”.

 

Bu açıqlamanı APA-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanı Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə Müsavat Partiyası arasında baş verən konfliktə münasibət bildirərkən deyib.

 

G. Aslanlı bildirib ki, Müsavat Partiyasının İsa Qəmbərin namizədliyini qüvvədə saxlaması, Milli Şuranın istənilən halda seçkilərdə iştirak etməsinə xidmət edir: “İkinci namizəd, əlavə namizəd yenə də intellektuallardan bir olmalıdır. Burada partiyaların nümayəndələrindən söhbət getmir. Müsavat Partiyası olaraq biz Milli Şuranın seçkilərdə iştirakının tərəfdarıyıq”

 

Xatırladaq ki, ACP lideri Rəsul Quliyev Müsavat başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin qüvvədə saxlanmasının Mili Şurada dağıdıcı rol oynayacağını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR