Bank Of Baku

İlham Əliyev: "Masallıda qazlaşdırma səviyyəsi 90%-ə çatdırılacaq"

İlham Əliyev: "Masallıda qazlaşdırma səviyyəsi 90%-ə çatdırılacaq"
# 03 sentyabr 2016 14:22 (UTC +04:00)

Bakı - APA. "Mən demək olar ki, hər il Masallıda oluram. Masallının inkişafı üçün önəmli addımlar atılmışdır. Rayonda infrastruktur, sosial infrastruktur, sənaye, kənd təsərrüfatı layihələri icra edilir".


APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Masallıda "ASAN xidmət" mərkəzində əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

 

"Bu gün Masallıda içməli su layihəsinin açılışını qeyd edəcəyik. Yadımdadır, dörd il bundan əvvəl layihənin təməlqoyma mərasimində iştirak etmişəm və şadam ki, artıq bu layihə hazırdır. Bu, Masallı şəhərinin və bəzi kəndlərin sakinlərini təmiz içməli su ilə təmin edəcək. Bu, doğrudan da böyük tarixi layihədir. Çünki siz bunu yaxşı bilirsiniz, su Masallı üçün həmişə çox ciddi problem olmuşdur", - deyə prezident qeyd edib.

 

Ölkə başçısı əlavə edib ki, Masallıda qazlaşdırma layihələri də uğurla gedir: "Yadımdadır, mənim ilk səfərlərimdə vətəndaşlar daha çox bu məsələni qaldırırdılar, şikayət edirdilər. İndi isə qazlaşdırma Masallıda təxminən 80%-ə çatıb və görüləcək əlavə tədbirlər nəticəsində biz bunu 90%-ə qaldıracağıq. Yəni, bu problem də aradan götürülür".

 

Prezident deyib ki, Bakı-Astara-İran sərhədi magistral yolunun tikintisi də davam edir: "Onun Lənkəran-Masallı hissəsi demək olar ki, hazırdır. Bununla bərabər, Masallı rayonunda bir neçə kənd layihəsi icra edilib və onlarla kəndi birləşdirən yollar tikilib, istifadəyə verilib, bu proses davam etdiriləcək. Bütün kəndlərə gedən yollar abad olmalıdır. Bu istiqamətdə işlər aparılır. Bu zonada Olimpiya Mərkəzi yerləşir. Yadımdadır, 2007-ci ildə bu mərkəzin açılışını qeyd etmişik. Masallıdakı Mərkəz ilk tikilən Olimpiya mərkəzlərindən biridir.  Mən həmişə çalışırdım ki, Masallı rayonunun inkişafına böyük diqqət göstərilsin. İndi sosial infrastruktur layihələri icra edilir. Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri başa çatmaq üzrədir. Bu, 240 çarpayılıq xəstəxanadır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR