Bank Of Baku

İsrail-Azərbaycan Ticarət-Sənaye Palatası fəaliyyətə başlayıb

İsrail-Azərbaycan Ticarət-Sənaye Palatası fəaliyyətə başlayıb
# 07 avqust 2013 07:43 (UTC +04:00)

 

Bakı. Anaxanım Hidayətova – APA-Economics. İsrail-Azərbaycan Ticarət-Sənaye Palatası rəsmən fəaliyyətə başlayıb.

 

APA-Economics”in xəbərinə görə, palatanın qurucusu Aleks Kaplun qurumun 34 təsisçisi olduğunu bildirib.

 

Onun sözlərinə görə, artıq bu gün daha 20 namizəd palataya qoşulmaq arzusunu ifadə edib. Təsisçilərin ilk iclası avqustun sonunda Təl-Əvivdə keçiriləcək. Toplantıda qurumun işi ilə bağlı strateji və operativ qərarlar qəbul olunacaq: “Əsas əməkdaşlıq istiqamətlərindən biri informasiya texnologiyaları, telekommunikasiyalar, kibertəhlükəsizlik və s. olacaq”.

 

A.Kaplun palatanın yaradılması ideyasının gerçəkləşməsində İsrailin Azərbaycandakı keçmiş səfiri Mixael Lavonun və indiki səfiri Rafael Arpazın, eləcə də hər iki ölkənin bir sıra rəsmi şəxslərinin rolu olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR