Bank Of Baku

Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclasının vaxtı açıqlanıb

Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı iclasının vaxtı açıqlanıb
# 22 iyul 2016 08:40 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti tərəfindən Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası təyin olunub.

 

 

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclas iyulun 25-də keçiriləcək.

 

 

Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi Konstitusiya Məhkəməsinə göndərilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR