Bank Of Baku

Məzahir Pənahov: “Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün hər cür zəruri şərait var”

Məzahir Pənahov: “Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün hər cür zəruri şərait var”
# 29 iyul 2013 08:13 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri dairə seçki komissiyaları sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

 

O bildirib ki, Azərbaycanda da demokratik seçkilərin keçirilməsi üçün hər cür zəruri şərait var: “Partiyalara seçkilərdə iştirak etmək üçün şərait yaradılıb. Mətbuat, xüsusən internet üzərində də heç bir nəzarət yoxdur. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün DSK və məntəqə seçki komissiyaları yüksək peşəkarlığa malik olmalıdır. Bizim birbaşa vəzifəmiz seçkilərdə iştirak edən subyektlərin Seçki Məcəlləsinə uyğun addımlar atmasına nail olmaq, seçkilərin nəticələrini operativ və vaxtında çatdırmaqdır. Seçkilərin azad və demokratik əsaslarda, plüralizm şəraitində keçirilməsi üçün ölkədə hər cür şərait mövcuddur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR