Bank Of Baku

Məzahir Pənahov: “Azərbaycanda seçici siyahılarının tərtibi bir çox Avropa ölkələrindəki prosedurdan müsbət mənada fərqlənir”

Məzahir Pənahov: “Azərbaycanda seçici siyahılarının tərtibi bir çox Avropa ölkələrindəki prosedurdan müsbət mənada fərqlənir”
# 29 iyul 2013 08:49 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılış mərasimində çıxışı zamanı MSK sədri Məzahir Pənahov bildirib.


M. Pənahov deyib ki, əksər xarici ölkələrdə seçici seçkilərdən öncə seçici siyahısına düşmək üçün özü müraciət etməlidir: “Əgər həmin ölkələrdə müəyyən olunmuş vaxtda seçici siyahısına düşməsə, bu, sonradan mümkün olmayacaq. Sonradan Prezident Administrasiyasının qarşısında aksiya keçirsə belə, bu siyahıya düşə bilməyəcək. Azərbaycanda isə seçici siyahıları davamlı olaraq yenilənir. Hətta Seçki Məcəlləsinə görə, seçici şəxsiyyət vəsiqəsini seçki günü təqdim etməklə adını siyahıya əlavə edə və səs verə bilir”.

 

MSK sədri bu məsələ ilə bağlı indiyə qədər hər hansı şikayət daxil olmadığını da qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR