Bank Of Baku

Milli Şuranın Koordinasiya Şurasının adı dəyişdirilib

Milli Şuranın Koordinasiya Şurasının adı dəyişdirilib
# 19 fevral 2014 15:05 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası keçirilib.

 

APA-nın məlumatına görə, sessiyanın gündəliyinə ölkədə və beynəlxalq aləmdə baş verən son hadisələr, Milli Şuranın yeni Əsasnaməsinin qəbulu və digər məsələlər daxil edilib.

 

Milli Şuranın sədri Cəmil Həsənli ölkədəki ictimai-siyasi vəziyyət barədə çıxış edib.

 

Sonra qurumun yeni Əsasnaməsi qəbul edilib. Əsasnamədə Milli Şuraya yeni üzvlərin qəbulu, fəaliyyət istiqamətləri və Koordinasiya Şurasının adının dəyişdirilib, Koordinasiya Mərkəzi olması əksini tapıb.

 

Sessiyada Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar fevralın 26-sı saat 12:00-da Xocalı abidəsini ziyarət edilməsi haqqında qərar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR