Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunlara əlavə və dəyişikliklər layihələri müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, hər iki qanuna dini ekstremizmə qarşı əməliyyatların aparılması zonasında mətbuatın fəaliyyətinin əməliyyat aparan orqan tərəfindən müəyyən edilməsi barədə müddəaların əlavə edilməsi məsələsinə baxılıb.
Komitə layihələri Milli Məclisin plenar iclasına tövsiyə edib.