Bank Of Baku

MM deputat köməkçiləri arasında növbəti ən yaxfərqli köməkçi seçilib

MM deputat köməkçiləri arasında növbəti ən yaxfərqli köməkçi seçilib
# 13 iyun 2017 14:43 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin deputat köməkçiləri arasında fəaliyyətinə görə növbəti fərqli köməkçi məlum olub. Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatından APA-ya verilən məlumata görə, bu dəfə deputat köməkçiləri arasında fəaliyyətinə görə fərqlənən təşkilat sədri, deputat Naqif Həmzəyevin köməkçisi Tural Verdiyev olub.

 

Bununla bağlı MM Aparat rəhbəri Səfa Mirzəyev müvafiq əmr imzalayıb və əmrə görə Tural Verdiyev Azərbaycan parlament deputatının ofis işinin təşkil və təmin olunmasında fəaliyyətini və peşəkarlığını, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirdiyinə görə təşəkkürə layiq görülüb. Bildirilib ki, köməkçilər arasında fəaliyyətində fərqlənmə üzrə təşəkkürnamə Milli Məclis yarandığı gündən 6-ci dəfədir élan olunur.

 

Qeyd edək ki, millət vəkili Naqif Həmzəyevin hər həftə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında seçici qəbulu keçirilir. Qəbula yazılmaq istəyən seçicilər YAP Gəncə şəhər Təşkilatının inzibati binasında yerləşən deputat ofisinə müraciət edirlər. Deputat köməkçisi Tural Verdiyev vətəndaşlar tərəfindən edilən müraciətlərin qəbulu, qaldırılan problemlərin vaxtında həll edilməsi, araşdırılması və ya aidiyyatı üzrə digər dövlət orqanlarına yönləndirilməsi istiqamətində

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR