Bank Of Baku

MM üzvləri Fransa və Almaniyaya səfər edəcəklər

MM üzvləri Fransa və Almaniyaya səfər edəcəklər
# 18 noyabr 2016 13:50 (UTC +04:00)

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Avronest Parlament Assambleyasının Büro və prosedur qaydaları üzrə işçi qrupunun iclaslarında iştirak  etmək  üçün noyabrın 20-dən 24-dək Fransanın Strasburq şəhərində səfərdə olacaqlar. 

 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantılarda bu il Belarus və Gürcüstanda keçirilmiş parlament,  Moldovada prezident seçkilərinin nəticələri müzakirə ediləcək,  qurumun  gələcəkdə qəbul edəcəyi qətnamələr barədə fikir  mübadiləsi aparılacaq, növbəti tədbirlərin keçiriləcəyi ölkələr və tarixlər müəyyən olunacaq.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı isə noyabrın 20-dən 26-dək Almaniyada səfərdə olacaq. O, “Qadın siyasətçilər” mövzusunda keçiriləcək tədbirdə iştirak edəcək. Toplantıda deputatımız “Azərbaycanda qadın hüquqları, ailədə və siyasətdə onların rolu” mövzusunda məruzə  edəcək, qanunvericilikdə gender bərabərliyinin təmin olunmasından söhbət açacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR