Bank Of Baku

MSK-nın DSK sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarına yekun vurulub

MSK-nın DSK sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarına yekun vurulub
# 02 avqust 2013 10:19 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarına bu gün yekun vurulub.

 

APA-nın məlumatına görə, əvvəlcə DSK sədrləri üçün “Prezident seçkilərində nəticələrin müəyyən edilməsi prosesində dairə və məntəqə seçki komissiyalarının rolu” mövzusunda

MSK Katibliyinin müdiri Rövzət Qasımov və Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev çıxış ediblər.

 

MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, MSK-da 5 gün davam edən tədbirin davamı olaraq avqustun 5 və 7-si tarixlərində bölgələrdə DSK və məntəqə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil ediləcək. Bu kurslarda MSK-nı 22 qrup təmsil edəcək. Hər bir qrupun üzvləri 5-6 dairədə çıxış edəcəklər.

 

Mərasimdə kursların yekunu olaraq DSK sədrlərinə sertifikatlar təqdim olunub.

 

Sonra MSK sədri Məzahir Pənahov çıxış edərək, qarşıdan gələn prezident seçkilərində qurumun fəaliyyət istiqamətləri haqda danışıb. M.Pənahov deyib ki, Avropanın bir hissəsi olan Azərbaycan qarşıdan gələn seçkiləri beynəlxalq standartlara uyğun olaraq, yüksək səviyyədə keçirməlidir: “DSK-lar seçkilərlə bağlı qanunvericiliyin tələblərinə uyğun bütün addımları atıb. Azərbaycan cəmiyyəti düzgün və obyektiv şəraitdə seçimini ortaya qoya bilər. Artıq bununla bağlı prosesləri start verilmiş hesab edə bilərik. Bunun üçün DSK sədrlərinin seçki hüquqları barədə kifayət qədər bilik və təcrübələri var”.

 

Qeyd edək ki, kurslar çərçivəsində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, ədliyyə nazirinin müavini Azər Cəfərovun, daxili işlər nazirinin müavini Oruc Zalovun, Baş prokurorun birinci müavini Rüstəm Usubovun, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin, MSK katibi Natiq Məmmədovun və digərlərinin məruzələri dinlənilib.

 

Tədbir Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyası üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kursların təşkili olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR