Bakı. Fərid Mirzəyev – APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
APA-nın xəbərinə görə, MSK-nın katibi Arifə Muxtarova Azərbaycanda referendumun keçirilməsi üçün müvafiq normativ aktlara dəyişiklik edilməsi zərurəti yarandığını bildirib.
İclasda referendumla bağlı 6 normativ xarakterli akta dəyişiklik müzakirəyə çıxarılıb və qəbul edilib.