Bakı. Etibar Məmmədov - APA. Bu gün Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti yığıncağı keçirilib.
Partiyadan APA-ya verilən məlumata görə, yığıncaqda partiyanın
Partiyanın növbəti qurultayının may ayının sonunadək keçirilməsi üçün mümkün bütün addımların atılması qərara alınıb.
Qurultayın keçirilməsi üçün münasib iclas zallarının ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsi barədə qərar qəbul edilib.
Eləcə də alternativ variantların aydınlaşdırılması əvvəllər yaradılmış texniki qrupa həvalə olunub.